...

Qazprom: "Azərbaycan 2007-ci ildə Rusiyadan qaz tədarükündən imtina edib"

Energetika Materials 29 Dekabr 2006 19:45 (UTC +04:00)

Azərbaycan 2007-ci ildə Rusiyadan qaz tədarükündən imtina edib. Bu barədə bu gün "Qazprom" ASC-nin rəsmi nümayəndəsi Sergey Kupriyanov "Exo Moskvı" radiostansiyasının efirində məlumat verib. O qeyd edib ki, Azərbaycan xüsusi qazının hasilatını aparır və ixrac tədarükləri həyata keçirir. Ona görə də, S. Kupriyanovun sözlərinə görə, Rusiyadan qaz tədarükünün dayandırılması müvəqqətidir.

2006-cı ilin axırınadək Qazprom Azərbaycana 1 min kub metrb 110 dollar qiymətilə 4,5 mlrd kubmetr qaz tədarük edir, 2007-ci il üçün tədarüklə bağlı rəsmi danışıqlar başa çatmayıb. Qazprom 2007-ci ildə Azərbaycana qaz tədarükünüy 4,5-dən 1,5 mlrd kub metrədək ixtisar olunması və qiymətin 1 min kub metr üçün 235 dollara qaldırılması niyyətində olub. Bu barədə RBK xəbər verir.

Xəbər lenti

Xəbər lenti