2006-cı ilin yanvar-dekabr aylarında Azərkimya dövlət şirkətinin (DŞ) istehsal həcmi 16,7% artıb. Trend DŞ-ya istinadən xəbər verir ki, istehsal olunmuş məhsulun dəyəri 830,9 min manatı ötüb. 2005-ci ilin həmin dövrü ilə müqayisədə satış həcmi 33,2% artıb.
İlin əvvəlindən dövlət şirkətinin müəssisələrinə təxminən 800 nəfər işə qəbul olunub. 2005-ci ilin eyni göstəricisi ilə müqayisədə orta əmək haqqı 108,6 manatdan 156,3 manata qədər artıb.
Bu dövr ərzində Azərkimyanın istehsal etdiyi məhsulların böyük hissəsi Türkiyə, Rusiya, Gürcüstan, Latviya, İtaliya, İspaniya, Belçika, Türkmənistan, Özbəkistan, Ukrayna, İran və İraq kimi ölkələrə ixrac olunub.