...

Azərbaycan Dövlət Neft Şirkəti daxili bazarda benzinin qiymətinin qalxmasını müsbət qiymətləndirir

Energetika Materials 8 Yanvar 2007 12:01 (UTC +04:00)

Dünyada neft və neft məhsullarının qiymətinin qalxması və Azərbaycanın daxili bazarında qiymətin aşağı olması ilə bağlı çoxlu sayda mənfi məqamlar mövcud idi. Bununla bağlı Azərbaycanın daxili bazarında benzinin qiymətinin qalxması ölkə iqtisadiyyatı üçün yaxşı və səmərəli addımdır. Bu barədə Trend ə bazar ertəsi Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib.

Azərbaycanın Tarif (qiymət) Şurası ötən həftə enerji daşıyıcıları üçün yeni tariflərin tətbiq edilməsi haqqında qərar qəbul edib. Şuranın qərarına görə, A-95 markalı avtomobil benzininin qiyməti 60 qəpik, A-92 və A-80 markalı benzinin qiyməti - 55 qəpik, dizel yanacağının qiyməti - 45 qəpiyə qədər qaldırılıb.

Dövlət Neft Şirkəti nümayəndəsinin sözlərinə görə, hazırda ARDNŞ-in tərkibinə daxil olan neft emalı zavodlarında təkmilləşdirmə işləri görülür.

"Bunun nəticəsində benzin beynəlxalq keyfiyyət standartlarına uyğunlaşdırılır. Qiymətin qalxmasına baxmayaraq, respublikada məhsulun bu növünün pərakəndə satış qiyməti bölgənin digər ölkələrində olduğundan aşağı olub və yenə də aşağı olaraq qalır", - deyə şirkətdən bildirilib.

Sənaye və Energetika Nazirliyi nümayəndələrinin əvvəl qeyd etdikləri kimi, Azərbaycanın daxili bazarında aşağı qiymət və dünya bazarlarında qiymətin qalxması respublikadan neft məhsullarının qaçaqmalçılığına səbəb olur. Yanacağın qiymətinin qalxması bu məsələni həll etməyə imkan verir.

Xəbər lenti

Xəbər lenti