...

Azərbaycan Tarif Şurası sərnişin daşınması üçün dəyişmiş tariflərin tam siyahısını açıqlayıb

Energetika Materials 8 Yanvar 2007 14:04 (UTC +04:00)

Azərbaycan Tarif (qiymət) şurası Azərbaycanın daxili bazarında neft məhsullarının qiyməti qalxması ilə əlaqədar avtomobil nəqliyyatı ilə sərnişin daşınması üçün tariflərə yenidən baxıb. Trend xəbər verir ki, Bakının şəhərdaxili və şəhərkənar marşrutları, eləcə də Bakı-Sumqayıt (Sumqayıt-Bakı) marşrutları üçün tariflər 0,05 manat qaldırılıb.

Şəhərdaxili və qəsəbələrarası marşrutlarda vahid tarif 0,2 manat səviyyəsində qəbul olunub. Şəhərkənarı maşrutlar məsafədən asılı olaraq 1-15 kilometr üçün - 0,2 manat, 1-25 kilometr üçün - 0,25 manat, 1-30 kilometr üçün - 0,3 manat, 1-40 kilometr üçün - 0,35 manat, 1-50 kilometr üçün - 0,5 manat, 50 kilometrdən çox üçün - 0,65 manat səviyyəsində müəyyən olunub.

Bakı və Sumqayıt şəhərləri arasında marşrut üçün tarif 0,35 manat səviyyəsində müəyyən olunub. Sumqayıt şəhəri daxilində maşrutlarla hərəkət zamanı onlar şəhərlər arasında tarifə əlavə olunur.

Xəbər lenti

Xəbər lenti