Trend in Tbilisidəki müxbiri xəbər verir ki, Azərbaycan təbii qazının Gürcüstana daxili başlayıb.
Gürcüstan hökumətinin çərşənbə günü keçirilən iclasından sonra iqtisadiyyat naziri Giorgi Arveladze qeyd edib ki, yanvarda Gürcüstan ümumilikdə Azərbaycandan 31 milyon kubmetr qaz alacaq.
Razılaşmaya əsasən, yanardan fevrala qədər (daxil olmaqla) Azərbaycan sutkada 1 milyon kub metr olmaq şərtilə Gürcüstana 90 mln. kub metr qaz tədarük etməlidir. Qiymətə gəlincə, hər kub metr üçün 120 dollar müəyyən edilib.
2007-ci ilin əvvəlindən başlayaraq Gürcüstana təbii qazın əsas tədarükçüsü əvvəlki kimi Rusiyanın "Qazprom eksport" şirkətidir, ölkənin dörd ən böyük "mavi yanacaq" istelakçısı bu şirkətlə hər kub metri 235 dollardan ümumilikdə 1,46 mlrd. kub metr qaz üçün müqavilə bağlayıb.