...

Bosfor boğazında Azərbaycan nefti yüklənmiş tankerlərin sayında azalma müşahidə olunur

Energetika Materials 13 Yanvar 2007 11:53 (UTC +04:00)

Trend in Türkiyədəki müxbiri xəbər verir ki, ARDNŞ neftinin Novorossiysk limanına ötürülməsinin dayandırılması Türkiyə boğazından keçən tankerlərin sayının azalmasına səbəb olub.

Yerli şərhçilərin məlumaıtna görə, Bakı-Novorossiysk neft kəməri ilə neft ötürlməsinin dayandırılması barədə ARDNŞ tərəfindən qəbul edilmiş qərar Qara dənizdən Aralıq dənizinə keçən tankerlərin sayının azalması ilə Türkiyə boğazlarına olan ekoloji təsiri azaldıb.

2006-cı ildə ARDNŞ dünya bazarlarına ümumilikdə 3,46 mln. ton öz neftini göndərib, bunun 1,17 mln. tonu Novorossiysk limanı ilə ixrac edilib.

Bakı-Novorossiysk boru kəməri ilə 1 ton neftin ötürülməsi tarifi $15,67 təşkil edir.

Hazırda respublikada mazut rejiminə keçidlə əlaqədar ARDNŞ Bakı-Novorossiysk boru kəməri ilə öz neftini ötürə bilmir. Belə ki, Rusiyadan alınan qazın dayandırlması səbəbindən mazut respublikaya elektrik enerjisi istehsalı üçün lazımdır.

Xəbər lenti

Xəbər lenti