...

Azərbaycan Dövlət Neft Şirkəti 2006-cı il üçün istismar quyuları fondunu açıqlayıb

Energetika Materials 19 Yanvar 2007 17:14 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin istismar quyuları fondu (birgə müəssisələr və əməliyyat şirkətlərini çıxmaq şərtilə) 2006-cı ilin nəticələrinə görə 6111 təşkil edib. Bu barədə Trend ə ARDNŞ-in mətbuat xidmətindən bildiriblər.

Ümumi saydan 4830 quyu (11 ayın nəticələrinə görə 4789) fəaliyyətdə olan fondda, 1272 quyu (11 ayın nəticələrinə görə 1310) fəaliyyətdə olmayan fonddadır, 9 quyu (11 ayın nəticələrinə görə 12) öyrənilmə mərhələsindədir.

Xəbər lenti

Xəbər lenti