...

Dövlət Neft Şirkəti Ceyhandan neft partiyasının satışı ilə bağlı tender elan edib

Energetika Materials 20 Yanvar 2007 11:26 (UTC +04:00)

ARDNŞ-dan Trend ə bildiriblər ki, dövlət neft şirkəti cümə günü Türkiyənin Ceyhan limanından Bakı-Tbilisi-Cyehan boru kəməri ilə tədarük edilən "Azeri Light" növünə aid, özünə məxsus neft partiyasının yüklənməsi ilə bağlı tender elan edib.

Partiyanın həcmi 600 min barel (yaxud 80 min ton) təşkil edir. Yükləmə 19-21 fevralda planlaşdırılır. Tenderin nəticələri 24 yanvarda açıqlanacaq.

AZERI LT FOB Ceyhan neftinin qiyməti 18 dekabrda $49,88/bar. olub (əvvəlkə qiymətə münasibətdə $0,54/bar aşağı düşüb).

ARDNŞ neft partiyasını 2007-ci ildə Ceyhandan aşağıdakı şirkətlər alıb:

Glencore Energy UK Ltd - yanvar (1 mln. barel).

IİLMA OİL S.L - yanvar - fevral (1 mln. barel)

Xəbər lenti

Xəbər lenti