...

Azərbaycan Dövlət Neft Şirkəti ən böyük yataqda 2007-ci ildə qazılması planlaşdırılan quyuların sayını açıqlayıb

Energetika Materials 24 Yanvar 2007 13:44 (UTC +04:00)

ARDNŞ-ın "Bayıl limanı" dəniz kəşfiyyat qazma işləri idarəsi 2007-ci ildə "28 may", "Neft daşları" ıə "N.Nərimanov adına" neft-qaz hasilatı idarələri üçün quyu təhvilinin həcmini 2007-ci ildə artırmaq niyyətindədir. Bu barədə Trend ARDNŞ-ın çərşənbə günü yaydığı məlumata istinadən bildirir.

Bu il idarə "Günəşli" yatağında 8 saylı platformada 4 qaz quyusu, 13 saylı platformada 7 qaz quyusu, 14 saylı platformada 4 qaz quyusu, 19 saylı platformada 2 qaz quyusu, 15 saylı platformada 2 qaz quyusu, 3 saylı platformada 2 qaz quyusu, 11 saylı platformada 2 qaz quyusu qazmağı planlaşdırıb.

"Neft daşları" yatağında 1887 saylı platformada 7 neft quyusunun qazılması həyata keçiriləcək.

"N.Nərimanov" adına NQHİ üçün 8 quyu nəzərdə tutulub, bu quyuların 2-si neft quyusu olacaq.

Xəbər lenti

Xəbər lenti