...

Yeni GSM sayğacları "Bakıelektrikşəbəkə"yə daha keyfiyyətli elektrik təchizatına imkan yaradacaq

Energetika Materials 2 Mart 2007 15:21 (UTC +04:00)
Yeni GSM sayğacları "Bakıelektrikşəbəkə"yə daha keyfiyyətli elektrik təchizatına imkan yaradacaq

Azərbaycan, Bakı/ Trend / müxbir S.Əliyev/ Bakı paylayıcı şəbəkəsini idarə edən "Bakıelektrikşəbəkə" ASC isehlakçılarla yeni fərdi hesablaşma sistemi tətbiq etməyə başlayır. Bu barədə cümə günü ASC-nin sədri Baba Rzayev məlumat verib.

Britaniyanın AMPY şirkətinin məhsulu olan bu sayğacların əsas fərqi xüsusiyyəti abonentlərin GSM sistemindən istifadə edərək balanslarını artırma və digər xidmətlərdən istifadə etmək imkanlarının olmasıdır. Yeni sayğaclar (hazırkı sayğaclarla dəyişdirilərək) abonentlər üçün "Bakıelektrikşəbəkə"nin hesabına quraşdırılacaq. Yeni istifadəçilər isə sayğacları öz hesablarına alacaqlar. Bir sayğacın quraşdırılması ümumilikdə 150-200 manata başa gəlir.

"Hazırda layihə üçün şəbəkənin qurulması barədə Azərbaycan ərəzisində fəaliyyət göstərən GSM operatorları ilə danışıqlar aparılır. Bu sistem bütün şəbəkəni bir mərkəzdən ("Bakıelektrikşəbəkə"dən) idarə etməyə imkan yaradacaq ki bunula da sayğacların məsafədən idarə olunması, şəbəkə itkilərinin azaldılması və qanunsuz istifadənin qarşısını almaq mümkün olacaq. Yeni sistemin daha bir üstünlüyü texniki vəziyyətindən asılı olmayaraq bütün şəbəkələrdə istifadə ounma imkanıdır",-deyə ASC sədri bildirib.

Yeni sistemin tətbiqinə aprel-may aylarından başlanacağı gözlənilir. Hazırda Azərbaycan üçün itehsal olunacaq 50 min sayğacın 17 mini Böyük Britaniyadan Bakıya gətirilib. Əlavə 650 min sayğac isə burda yaradılacaq müəssisədə quraşdırılacaq ki, gələcəkdə digər ölkələrə ixrac etməyə də imkan yaranacaq.

B.Rzayevin bildirdiyinə görə hazırda 24 abonentin iştirakı ilə yeni sistemin pilot layihəsi həyata keçirilir.

Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayevin sözlərinə görə yeni tətbiq ediləcək sistem abonentlərin enerji təchizatının yaxşılaşdırılmasına imkan verəcək. "Bu həmçinin istifadəçilər arasında narazılığın azalmasına da təsir edəcək. Nazirliyin qiymətləndirməsinə görə, əsas narazılıq enerji qiymətlərilə deyil, onun təchizatı ilə bağlıdır",-deyə nazir sonda qeyd edib.

Xəbər lenti

Xəbər lenti