...

Vasili İstratov: "Rusiya qazınınm Azərbaycana verilməsinin dayandırılması əmtəə dövriyyəsinə ciddi təsir etməyib"

Energetika Materials 6 Mart 2007 16:22 (UTC +04:00)

Azərbayacan, Bakı/ Trend müxbir S.Ağayeva/ Azərbaycan və Rusiya arsında iqtisadi məsələlər üzrə hökümətlərarası komissiyanın növbəti, 12-ci iclası Moskvada keçiriləcək. Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov bu gün keçirilən birinfinqdə bildirib.

Hazırda iclasın gündəliyi hazırlanır. Qarşılıqlı əməkdaşlığa dair bir neçə məsələnin müzakirəsi gözlənilir. Səfirin sözlərinə görə, 2007-ci ilin birinci ayı ərzində iki ölkənin ticarət əlaqələrinin həcmində artım müşahidə olunub. Yanvar ayı ərzində Azərbaycan və Rusiya arasında dövriyyə 147,1 mln. dollar təşkil edib. Bunun da 107,2 mln. dolları ixracın, 39,9 mln dolları isə Azərbaycandan idxalın payına düşüb. Vasili İstratov bildirib ki, enerji ehtiyatlarını hesaba almadan da iki ölkə arasında dövriyyə qənaətbəxş hesab olunur.

Xəbər lenti

Xəbər lenti