...

Yay mövsümü ilə əlaqədar AZAL uçuş cədvəllərinə yeni səfərlər daxil edir

Energetika Materials 6 Mart 2007 16:06 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ 2007-ci ilin mart ayının 19-dan etibarən Bakı-Kiyev-Bakı hava reysi ilə uçan Aerobus A-320 markalı təyyarələrin uçuşu həftədə 3 dəfəyə qədər artırılıb. AZAL-dan çərşənbə axşamı verilən məlumata görə, səfərlər həftənin 1-ci, 4-cü və 6-cı günləri həyata keçiriləcək.

Yay naviqasiya mövsümünün başlanması ilə əlaqədar "AZAL" aviaşirkəti sərnişinlərin çoxluğunu və rahatlığını təmin etmək məqsədi ilə İstanbuldan axşam (20.30/22.20) saatlarında həyata keçirilən səfərlərin sayını həftədə 7 dəfəyə qədər artıb. Bu yolla Bakı-İstanbul-Bakı istiqamətində uçuşçlar hər gün həyata keçiriləcək.

Cari ilin mart ayından etibarən Aerobus A-319 təyyarəsi ilə şirkət həmçinin yeni uçuş istiqamətləri də təklif edir: Martın 8-dən həftədə 4 dəfə Bakı-Minsk-Bakı istiqamətində, Bakıdan Minskə 09.00-10.20, Minskdən-Bakıya 12.20-17.30.

Martın 25-dən etibarən isə həftənin 3-cü və 7-ci günləri Bakı-Sankt Peterburq-Bakı istiqamətində. Bakıdan Sankt Peterburqa 10.50-13.30, Sankt Peterburqdan Bakıya 15.30-19.50.

Xəbər lenti

Xəbər lenti