...

2007-ci ilin fevral ayında Dövlət Neft Şirkətinin büdcə köçürmələri

Energetika Materials 16 Mart 2007 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ 2007-ci ilin fevral ayında Dövlət Neft Şirkəti dövlət büdcəsinə 60 846 min manat ödəyib. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 089 min manat azdır. Bu barədə məlumatı ARDNŞ-dən veriblər.

Əhalinin Sosial Müdafiəsi Fonduna fevral ayında 4 649 min manat (ötən ilin müavafiq göstəricisindən 1 398 min manat çox) ödənilib.

2006-cı ildə Dövlət Neft Şirkəti dövlət büdcəsinə 734 701 min manat ödəyib. Bu göstərici 2005-ci il ərzində isə 189 697 min manat təşkil edib. Əlhalinin Sosial Müdafiəsi Fonduna isə müvafiq olaraq 2006-cı ildə 51 861 min manat, 2005-ci ildə isə 21 587 min manat pul keçirilib.

Azərbayacan Dövlət Neft Şirkətinin büdcə köçürmələrinin məlumat cədvəli:

Min AZN.

Aylar 2006-cı il 2007-ci il Fərq
Fakt Fakt Fakt(2006-2007)
Yanvar 39 559 51 160 11 601
Fevral 63 935 60 846 -3 089
Cəmi 103 494 112 227 8 733
Əhalinin Sosial Müdafiəsi Fonduna köçürmələr
Yanvar 6 483 9 960 3 477
Xəbər lenti

Xəbər lenti