Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev /Heydər Əliyev adına Bakı neft qaz istehsalı zavodunda (keçmiş "Azneftyanacaq") Alkilene/OxiPro kompleksinin tikintisinə 2009-cu ildə başlanması nəzərdə tutulub. Bu barədə zavoddan məlumat verilib. Bakı neft qaz istehsalı zavodu Azərbaycan Dövlət Neft Şirkətinin (AHNŞ) tərkibindədir.
Detallı injirinq layihəsinin 2008-ci ildə tamamlanması nəzərdə tutulub. Yeni kompleksin tikintisi 2-2,5 il müddətinə nəzərdə tutulub.
Kompleksin tikintisinin başa çatmasından sonra müəssisədə Avro-5 və Avro-4 standartlarına uyğun benzin istehsal olunacaq. Layihənin dəyəri detallı injirinqinin başa çatmasından sonra müəyyən olunacaq.
Alkilene/OxiPro kompleksinin ilkin detallı layihəsini ADNŞ ilə müqavilə bağlamış Almaniyanın Triplan AG şirkəti hazırlayacaq.
Bu kompleksin yaradılması üzrə müqavilə 2004-cü ildə Amerikanın UOP şirkəti ilə imzalanıb. O, dünyada analoqu olmayan kompleks yaradacaq. Alkilene/OxiPro kompleksi hesabına respublikada benzin istehsalı ildə 340 min tona qədər artacaq.