...

"Azərenerji" yeni qəza avadanlıqları quraşdırır

Energetika Materials 1 May 2007 15:18 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ "Azərenerji" SC-nin avtomatika xidməti açılmalar və qəza hallarının operativ analiz olunması üçün "AURA-M" tipli beş Rusiya sistemi alıb. Bu barədə SC-nin mətbuat xidmətindən bildirilib. Hazırda iki bu cür sistem Bakı yüksəkvoltlu şəbəkəsində, 500 kilovoltluq "Abşeron" yarımstansiyasında və Sumqayıt yüksəkvoltlu şəbəkəsində, 330 kilovoltluq "Yaşma" yarımstansiyasında quraşdırılıb.

May ayında analoji sistemlər 330 kilovoltluq "İmişli" yarımstansiyası, Azərbaycan istilik elektrik stansiyası, 330 kilovoltluq "Gəncə" yarımstansiyası və Əli Bayramlı elektrik stansiyasında quraşdırılıb.

Əvvəldən istifadə olunan avtomatik qəza xidmətləri müxtəlif buraxılış mexanizmlərinə malikdir. Buna görə də yazılma prosesi xüsusi fotokağızlarda aparılır. Sonra bunun çətin bir emalı lazımdır ki, bu da açılmaların operativ analizi üçün narahatçılıq yaradır. Bu, informasiya itirilməsinə səbəb ola bilər. "AURA-M" vasitəsilə alınan məlumatlarsa elektron formatda ötürülür. Gələcəkdə isə qəza halları ilə bağlı informasiya SCADA sisetminə daxil olacaq.

Xəbər lenti

Xəbər lenti