...

Azərbaycanda bitum istehsalı 75 faiz artıb

Energetika Materials 7 May 2007 14:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Yanvar - aprel aylarında Azərbaycanda 40,52 min ton bitum istehsal olunub. Bu barədə bazar ertəsi günü Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) verilən məlumatda bildirilir. Müvafiq göstərici bu dövrlə bağlı proqnozdan 23,5 faiz (7,72 faiz) çoxdur.

Ötən ilin analoji dövründə istehsal edilən bitumun həcmi 23,15 min ton təşkil edib. Bu göstərici cari ilin analoji göstəricisindən 17,37 min ton (75 faiz) azdır.

Ümumilikdə 2006-cı ildə 161,94 min ton bitum istehsal olunub. 2005-ci ildə isə bitum istehsalının həcmi 128,34 min ton təşkil edib.

Azərbaycanda ARDNŞ-ə daxil olan iki Neft Emalı Zavodu var.

Xəbər lenti

Xəbər lenti