...

Qazaxıstanın energetika naziri: KTK boru kəmərinin genişləndirilməsində problemlər yaranıb

Energetika Materials 16 May 2007 18:34 (UTC +04:00)
Qazaxıstanın energetika naziri: KTK boru kəmərinin genişləndirilməsində problemlər yaranıb

Qazaxıstan,Astana/müxbir Trend K.Konırova/Qazaxıstan KTK boru kəmərinin genişləndirilməsi üzrə planlar çərçivəsində yaranmış bəzi məsələləri Rusiya tərəfi ilə həll etmək niyyətindədir. Çərşənbə günü Qazaxıstanın energetika və mineral resurslar naziri Bakıtokoja İzmuxambetovun verdiyi məlumata əsasən, KTK-nın əmlakının bir hissəsi Rusiyanın "Transneft" şirkətinə keçir. Yeni tələblər buna görə yaranıb.

KTK boru kəmərinin genişləndirilməsi üzrə danışıqlar iki il ərzində aparılıb. 25 mübahisəli məsələ olub, lakin yalnız iki-üç məsələ həll olunmamış qalıb. Həmin məsələlər Rusiya və Qazaxıstan prezidentlərinin sonuncu görüşü zamanı müzakirə olunub.

Nazir xatırladıb ki, mübahisəli məsələlərə həmçinin neft tonlarının ötürülməsi üçün tariflər üzrə fikir ayrılıqları da daxildir. "Bu gün bir ton neftin ötürülməsi tarifi 30 dollar təşkil edir, Rusiya isə bir ton üçün 38 dollar istəyir. İkinci məsələ 2014-cü ilə qədər 5 milyard dollar borcun qaytarılmasıdır", deyə nazir bildirib.

KTK boru kəmərinin pasport gücü ildə 28 mln. ton neft təşkil edir. 2006-cı ildə boru kəməri vasitəsilə 31,1 mln. ton neft ötürülüb. Ötürülmənin artırılması boru kəmərində kimyəvi reagentlərin istifadəsi hesabına mümkün olub. 2006-cı ildə ötürülmüş ümumi neft həcminin 24,3 mln. tonu Qazaxıstandan, 7 mln. tonu isə Rusiyadan ixrac olunub. KTK-nın ümumi layihə gücü layihənin son mərhələsində ildə 67 mln. ton neft təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti