...

Azərbaycan Dövlət Neft Şirkəti yeni quyuların debitini açıqlayıb

Energetika Materials 19 May 2007 14:06 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / May ayının əvvəlindən Azərbaycan Dövlət Neft Şirkəti (ADNŞ) qazmadan sonra istismara 7 yeni quyu verib. Bu barədə məlumatı ADNŞ-dən veriblər.

"Bahar" yatağında sutkalıq neft vermə qabiliyyəti 200 min kubmetr qaz və 20 ton kondensat olan quyu qazılıb. "Palçıq təpəsi" yatağında sutkalıq debiti 15 ton neft olan quyu istismara verilib. "Neft Daşları" yatağında qazılmış üç quyunun sutkalıq debiti isə 52 ton neftdir.

"Muradxanlı", "Zağlı" və "Balaxanı" sahələrində qazılan üç quyudan sutkada 16 ton neft hasil olunur.

ADNŞ-in qazma işləri ilə şirkətin qazma idarələrini özündə birləşdirən "Kompleks qazma işləri" tresti məşğul olur. Bu trest mart ayında yaradılıb. ADNŞ-dən bildiriblər ki, trest yaradıldıqdan sonra işlər daha effektiv və tez həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti