...

Almaniya Azərbaycandan qazın alınmasına dair müzakirələr aparır

Energetika Materials 21 May 2007 16:43 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova / Almaniya gələcəkdə Azərbaycandan təbii qaz alınması imkanlarını araşdırır.

Almaniyanın İqtisadiyyat və Texnologiyalar Federal Nazirliyinin Orta Asiya, Qafqaz, Rusiya, Ukrayna, Belarus və Moldova üzrə nümayəndəsi Frank Vayzinqin bazar ertəsi verdiyi məlumata görə, Almaniya hökuməti bir ölkədən asılı olmaq və bir ölkədən qaz almaq niyyətində deyil.

"Biz bir neçə ölkədən qaz almaq istəyirik. Xəzəryanı bölgədə Azərbaycanla Qazaxıstan müvafiq istiqamətdəki əməkdaşlıqda önəmli yer tuturlar" - deyə o bildirib.

Almaniyanın ixtisaslaşmış şirkətləri qeyri-rəsmi səviyyədə artıq bu istiqamətdə danışıqlar aparırlar.

"Bunlar hələlik planlardır. Danışıqlar isə davam edəcək. Çünki Azərbaycan qazının alınması ilə bağlı müqavilənin imzalanması bu günün məsələsi deyil" - deyə Vayzinq vurğulayıb.

Məlumat üçün bildirək ki, Almaniyada illik qaz istehlakı 100 mlrd. kubmetr, ümumi idxal isə 91 mlrd. kubmetr təşkil edir.

Xəbər lenti

Xəbər lenti