...

Sumqayıt buxar-qaz qurğusunun tikintisi başa çatıb

Energetika Materials 23 May 2007 16:02 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend /Sumqayıtda gücü 517 MVt olan yeni buxar-qaz qurğusunda tikinti işləri başa çatıb. Bu barədə çərşənbə günü "Azərenerji" SC-nin mətbuat xidmətindən məlumat verilib. Müvafiq müqavilə Almaniyanın "Siemens" şirkəti ilə imzalanıb.

Mütəxəssislərin proqnozlarına əsasən, bu stansiyanın illik istehsalı 3,8 mlrd kVt/saat təşkil edəcək. 1 kVt/saat elektrik enerjisinin istehsal xərcləri 230 qram yanacaq təşkil edəcək. Stansiyanın qaz yanacağına olan illik tələbatı 630 mln. kubmetrdir.

Buxar-qaz qurğusunun tikintisi layihəsinin dəyəri 257 mln. avro məbləğində qiymətləndirilir. Maliyyələşdirmə üzrə müqavilə Bayern LB bank (Almaniya), Societe de General (Fransa) və BNP Paribas (Fransa) bankları ilə imzalanıb. Üç bankın hər biri (ilk üç ili güzəştli olmaqla) Libor +0,55 faiz qoyuluşu ilə bərabər paya malikdir. Bu layihə çərçivəsində həmçinin 107 km yüksək gərginlikli elektrik ötürücü xətinin tikintisi də nəzərdə tutulur. Həmçinin elektrik stansiyasına qazın verilməsi üçün qaz kəmərinin tikintisi həyata keçiriləcək. Onun dəyəri 30 mln. avro məbləğində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti