...

Azərbaycan Dövlət Neft Fondu aktivlərinin bir hissəsini DB xəzinədarlığının idarəçiliyinə verib

Energetika Materials 25 May 2007 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / müxbir İ.Xəlilova, S.Babayeva/ Azərbaycan Dövlət Neft Fondu Dünya Bankının xəzinədarlığına 100 mln. dollar təqdim edib. Bunu cümə günü Dünya Bankının Bakı nümayəndəliyinin rəhbəri Georqi Yedjeyçaq bildirib. Vəsaitlərin idarəçiliyə verilməsində şərtlərdən biri odur ki, üçillik məsləhət və ehtiyatların idarə olunması proqramı çərçivəsində Dünya Bankı ARDNF-də idarəçilik potensialının artırılmasına yardım edəcək.

DB-nin Bakı ofisi rəhbərinin sözlərinə görə, hazırda Neft Fonduna bu istiqamətdə texniki yardım göstərilir.

"DB xəzinədarlığının idarəçiliyində nə qədər vəsaitin olması əhəmiyyətli deyil. Əsas odur ki, onlar DB-nin yeni texnologiyası əsasında idarə olunur. Bu da DB və ARDNF portfelini risklərdən kənar edir",-deyə Yedjeyçak söyləyib.

Fransanın Societe General Asset Management bankının idarəçiliyinə ARDNF-in 50 mln. dollarının verilməsi ilə bağlı müqavilə ləğv olunduqdan sonra onun iki meneceri qalıb. Bu sərəncamında Fondun aktivlərinin 42,4 mln dolları olan Clarident (Credit Suisse bölməsi) və Deutschebank Asset Management-dir ($72,6 mln.). Mövcud investisiya siyasətinə əsasən, ARDNF xarici menecerlərin idarəetməsinə yalnız aktivlərinin 40 faizini verə bilər.

2007-ci il aprelin 1-nə olan göstəriciyə görə, ARDNF-in aktivi ilin əvvəli ilə müqayisədə 17,7 faiz artaraq 1720,3 mln. dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti