...

BP Bakı-Supsa neft kəməri ilə ixracı payızada bərapa etməyə söz verir

Energetika Materials 28 May 2007 14:06 (UTC +04:00)

Gürcüstan, Tiflis/ Trend müxbir N.Kirsxalia/ BP Bakı-Supsa neft kəməri ilə Azərbaycan neftinin ixracını yalnız bütün təhlükəsizlik normaları təmin olunduqdan sonra bərpa etmək niyyətindədir. BP-Georgia şirkətinin baş meneceri Hyu Makdauellin jurnalistlərə bildirdiyinə görə bu yalnız payızda mümkün olacaq. Onun sözlərinə görə, hazırda Zestafoni və Qərbi Gürcüstan ərazisində kəmərin dövrəlmə təhlükəsizlik bəndi tikilməkdədir.

"Bu yay biz kəmərin bu hissəsində tikinti işlərini başa çatdırmaq niyyətindəyik və onun təhlükəsizliyinə tam əmin olduqdan sonra işə salacağıq",-deyə Makdauell söyləyib.

Tikinti işlərinin aparılmasına səbəb bir müddət öncəyə qədər istifadə olunan kəmərin sürüşmə zonasınada yerləşməsidir.

Bakı-Tiflis kəməri ilə neftin iracı kəmərdə 2006-cı ilin noyabrında hazırda aradan qaldırılmış nasazlıq müşahidə olunarkən dayandırılıb.

Xəbər lenti

Xəbər lenti