...

Azərbaycan neftinin qiyməti artıb

Energetika Materials 4 İyun 2007 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend V.Şərifov/ AZERI LT FOB Ceyhan-ın iyunun 1-də qiyməti 1 barel üçün 68,21 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 0,57 dollar çoxdur. Bu barədə bazar ertəsi Azərbaycanın Dövlət Neft şirkətindən məlumat veriblər.

AZERI LT CIF Augusta növünün iyunun 1-də qiyməti 1 barel üçün 68,97 dollara bərabər olub. Bu isə əvvəlki qiymətdən 0,57 dollar artıqdır.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında çıxarılır. Bu layihədə operator rolunda bp şirkəti çıxış edir. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır. APİ üzrə Azeri Light növünün sıxlığı 34,8 dərəcə təşkil edir, kükürdün mövcudluğu isə 0,15 faizə bərabərdir.

İynunun 1-də URAL (EX-NOVO) neftinin qiyməti 1 barel üçün 63,76 dollar təşkil edir. Bu öncəki qiymətdən 0,40 dollar artıqdır.

Azərbaycan neftin URAL növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Azeri Light növü daxil olmaqla keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. APİ üzrə URAL neftinin sıxlığı 30,4-31,85 qradus təşkil edir, kükürdün mövcudluğu isə 1,8 faizə bərabərdir.

Brent Dated neftinin iyunun 1-nə qiyməti 1 barel üçün 68,93 dollar təşkil edib. Bu əvvəlki qiymətdən 0,65 dollar çoxdur. APİ üzrə Brent Dated neftinin sıxlığı 38,3 dərəcə, kükürdün mövcudluğu isə 0,36 faizə bərabərdir.

Xəbər lenti

Xəbər lenti