...

Xəzərdə 90-cı illərdən qalan quyuda qaz püskürüb

Energetika Materials 5 İyun 2007 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyun/müx.TrendLife Fərid Sadıxov/ Bir neçə gün öncə Xəzər dənizində 1990-cı ilə qədər istismar edilən quyuların birində gözlənilmədən qaz püskürməsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları hadisə baş verən ərazidə monitorinq keçiriblər. Bu barədə nazirliyin mətbuat xidmətindən TrendLife-a məlumat verilib.

Monitorinq zamanı məlum olub ki, həmin ərazidəki "BibiHeybətneft" İdarəsinin balansında olan və vaxtilə istismar edilən 78 quyu 90-cı illərdən sonra dəniz səviyyəsinin qalxması nəticəsində fəaliyyət göstərməyib. Həmin quyuların ağzıaçıq vəziyyətdə qalması və özüllərinin korroziyaya uğraması dənizin ekosisteminə mənfi təsir göstərməkdədir. Bu quyuların faktiki dərinliyi 1500-2200 metrdir. . Nazirliklikdən bildirilib ki, dəfələrlə müvafiq qurumlar qarşısında məsələ qaldırılaraq onların diqqətinə çatdırılıb ki, həmin ağzıaçıq quyularda hər an neft-qaz yığılması və püskürməsi baş verə bilər. Bu ehtimal özünü doğruldub və bir neçə gün öncə dənizdə yerləşən 3016 saylı quyuda 30-40 metr hündürlüyündə qaz püskürməsi baş verib. Görülmüş təcili tədbirlər nəticəsində neft-qaz qarışığının dənizə axmasının qarşısı alınıb və xammalın rezervuara axını təmin edilib. Hazırda ərazidə müvafiq tədbirlər görülür.

Xəbər lenti

Xəbər lenti