...

Almaniya Azərbaycana neft-qaz avadanlığının ixracını təklif edir

Energetika Materials 6 İyun 2007 14:13 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ Almaniya Azərbaycana neft-qaz avadanlığının ixracını təklif edir.

Çərşənbə günü Bakıda Azərbaycan-Almaniya biznes-forumunda Almaniyanın iqtisadiyyat və texnologiyalar federal nazirinin müavini Xartmurt Şnayder bəyan edib ki, ölkəsi neft-qaz avadanlığının iri istehsalçısıdır. "Azərbaycanın neft-qaz sektoru Almaniya üçün maraq kəsb edir. Ancaq bizi əsasən ölkəyə neft hasilatı üçün avadanlığın ixcraçı imkanları maraqlandırır" - deyə o bildirib.

Şnayderin sözlərinə görə, Almaniya həmçinin Azərbaycanı bərpa olunan enerji mənbələri ilə bağlı layihələrə cəlb etmək istəyir.

Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov isə bəyan edib ki, Almaniyadan Azərbaycana idxal ixracı üstələyir. "Ona görə də görüş zamanı biz ixrac imkanlarımızı nümayiş etdirmək istəyirik" - deyə Səfərov qeyd edib.

Xəbər lenti

Xəbər lenti