...

Azneftkimyamaş istehsalı xeyli artırıb

Energetika Materials 8 İyun 2007 12:25 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Cümə axşamı SC-nin baş mühəndisi Nəriman Böyükkişinin verdiyi məlumata görə, yanvar-may aylarında Azneftkimyamaş SC 11,1 mln. manat dəyərində neftemaledici, geoloji-kəşfiyyat avadavnlığı, alətlər və ehtiyat hissələri istehsal edib ki, bu da 2006-cı ilin anoloji dövrü ilə müqayisədə 45,5 faiz çoxdur. Onun sözlərinə görə, ən məhsuldar müəssisə1,7 mln. manatlıq məhsul istehsal edən Səttərxan adına maşınqayırma zavodudur. "Bakı fəhləsi" zavodu 1,5 mln., Sabunçu neft emalı müəssisəsi 1,1mln., Bakı maşınqayırma zavodu 1,2 mln., Suraxanı maşınqayırma zavodu 1,1 mln. manatlıq istehsal həyata keçirib. 2007-ci ildə SC-nin müəssisələrinin istehsalı 25 mln manat həcmində planlaşdırılıb.

Azneftkimyamaş SC Azneftkimyamaş dövlət müəssisəsinin bazasında prezidentin 22 mart 2001-ci il tarixli fərmanı ilə yaradılıb. SC-nın tərkibinə 14 maşınqayırma zavodu, 4 elmi-tədqiqat və layihə-konstruktor institutu daxildir.

Xəbər lenti

Xəbər lenti