...

NICO EİTİ-yə qoşulub

Energetika Materials 22 İyun 2007 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Naftiran Intertrade Co. Limited şirkəti Azərbaycanda tətbiq olunan Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsü (EİTİ) Memorandumuna qoşulmaq haqqında akt imzalayıb. Bu barədə cümə günü Dövlət Neft Fondundan məlumat verilib.Qoşulma haqqında aktı imzalamaqla NICO digər şirkətlər kimi, 2006-cı ili əhatə edən altıncı hesabat dövründə ölkə hökumətinə ödəmələr barədə hesabat təqdim edəcək.

NICO qoşulduqdan sonra memorandumu imzalamış dövlətlərin sayı 25-ə çatıb. Memorandoum 24 noyabr 2004-cü ildə EİTİ-yə qoşulmuş xarici və yerli şirkətlət, həmçinin ARDNŞ, BP Azerbaijan, Exxon, Statoil, Total, Lukoi, Unocal, Shell, Devon Enerji kimi iri şirkətlər imzalayıb. Son olaraq memoranduma Inpex Azerbaijan, Binəqədi Oil və RAFI Oil qoşulub.

Xəbər lenti

Xəbər lenti