...

ARDNŞ metanol alınması ilə bağlı tender elan edib

Energetika Materials 27 İyun 2007 12:48 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ ARDNŞ-in neft və qaz hasilatı üzrə "Azneft" istehsalat birliyi 5000 ton metanol alınması ilə bağlı tender elan edib. Bu barədə çərşənbə günü ARDNŞ-dən məlumat verilib.

Tenderdə iştirak ərizəsi, layihənin icrası üçün potensial imkanlar barədə məlumat, sonuncu ildə namizədin maliyyə durumu və digər sənədlər iyulun 27-dək təqdim olunmalıdır.

Üstünlük yük göndərənin peşəkarlığına, maliyyə imkanlarına, etibarlığına, təcrübəsinə və istehsalçının texniki imkanlarına veriləcək.

Tender təklifləri avqustun 8-dək qəbul olunacaq. Tender təklifləri zərflərinin açılması ilə avqustun 9-da baş tutacaq.

Xəbər lenti

Xəbər lenti