...

Azərbaycanın bəzi su kəməri trestlərinə elektrik enerjisinin verilməsi dayandırılıb

Energetika Materials 30 İyun 2007 11:42 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncə şəhər Su Kəməri Trestinin ümumilikdə Gəncə Regional Elektrik Şəbəkəsinə 10 milyon 166 min 505 manat borcu var. Bu barədə Gəncə Regional Elektrik Şəbəkəsinin mətbuat xidmətindən Rafiq Abbasov məlumat verib. Onun sözlərinə görə, Gəncə ilə yanaşı Xanlar, Goranboy, Samux və Daşkəsən rayonlarının su kəməri trestlərinin də şəbəkəyə xeyli borcu var və dünəndən etibarən bu rayonların su kəməri trestlərinin elektrik enerjisi kəsilib.

"Təkcə bu ilin beş ayı ərzində Gəncə Su Kəməri Tresti 14 milyon 012 min 270 kilovat saat enerji işlədib ki, onun da dəyəri 811 min 807 manat təşkil edib. Bu borc müqabilində trest Gəncə REŞ-ə 1500 manat pul ödəyib. Təkcə bu ilin 5 ayı ərzində trestin şəbəkəyə borcu 810 min 307 manat təşkil edib" - deyən Abbasov qeyd edib ki, elektrik enerjisinin kəsilməsinə səbəb isə iyulun 1-dən elektrik enerjisi pulunun 100 faiz yığılması barədə şəbəkəyə gələn göstərişlə əlaqədardır.

Xəbər lenti

Xəbər lenti