Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ Azərbaycan öz qazının Gürcüstana nəqlini artırmaq barədə düşünür. Müvafiq həcm payız-qış mövsümündə 2,5 mln. kubmetrədək (sutkada) çatdırıla bilər. Bu barədə cümə günü Nazirlər Kabinetindən məlumat veriblər.
Hazırda Azərbaycan Gürcüstana 1,3 - 1,5 mln. kubmetr qaz ötürür. Ümumillikdə isə qonşu respublikaya sutkada 2,5 mln. kubmetr qaz ötürülür. Azərbaycanın öz qazının 1,5 mln. kubmetri köhnə borular, 1 mln. kubmetri isə "Şahdəniz" yatağından Cənubi-Qafqaz boru kəməri vasitəsi ilə ötürülür.
"Şahdəniz"dən Gürcüstana qaz 63 dollara (min kubmetr) satılır. ARDNŞ-in qazı isə bu ölkəyə 120 dollara (min kubmetr) satılır.