...

İtaliyanın "Edison" şirkətinin rəhbəri: ""Əlcəzair-İtaliya" kəməri enerji çatdırmalarının diversifikasiyasına təsir göstərəcək"

Energetika Materials 27 İyul 2007 15:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / "Energy Intelligence Group"un verdiyi məlumata görə, "Türkiyə-Yunanıstan-İtaliya" qaz kəmərinin tikintisini gələn il başlamaq və 2012-ci ildə başa çatdırmaq planlaşdırılır.

Cümə axşamı dövlətlərarası səviyyədə imzalanmış qaz kəmərinin tikintisinə dair Türkiyə, Yunanıstan və İtaliya arasında müqavilə "Türkiyə-Yunanıstan-İtaliya" qaz dəhlizinin inkişafına dəstək və nəzarət məqsədilə koordinasiya qrupunun yaradılmasını nəzərdə tutur.

Yeni dəhliz üç hissədən ibarət olacaq: türk milli kəmərlər sistemi, gücü 11,5 mlrd. kubmetr qaz olan və bu il istismara verilməsi planlaşdırılan "Türkiyə-Yunanıstan" qaz kəməri və il ərzində 8 mlrd. kubmetr qaz ötürmək gücünə malik olacaq Gürcüstan və İtaliya arasında planlaşdırılan qaz bəndi (tikintisinə 2012-ci ildə başlanacaq). 800 kilometrlik İGİ kəmərinin böyük hissəsi "Depa" şirkəti tərəfindən Yunanıstan sahilində tikiləcək.

İtaliyanın "Edison" şirkətinin rəhbəri Umberto Quardino bildirib ki, müqavilə, Roviqoya reqazifikasiya üzrə terminal, həmçinin Əlcəzairdən İtaliyaya qədər nəzərdə tutulan "Qalsi" kəməri Avropa sisteminin təhlükəsizliyinə və çatdırmaların diversifikasiyasına təsir göstərəcək.

Xəbər lenti

Xəbər lenti