Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ Şənbə günü hökumətdən verilən mlumata görə, Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensant yatağından Türkiyəyə 10,9 mln. kubmetr qaz çatdırılıb. Türkiyəyə qaz ixracı iyulun 4-də başlayıb.
Qaz "Cənubi Qafqaz" qaz kəməri (Bakı-Tbilisi-Ərzurum") vasitəsilə ixrac olunur. Müqaviləyə əsasən, "Şahdəniz" yatağından Türkiyəyə çatdırılan qazın dəyəri min kubmetr üçün 120 dollar təşkil edir.
"Şahdəniz" yatağından qazın satışı ilə bağlı Azərbaycan şirkəti Gürcüstana gün ərzində təxminən bir milyon kubmetr qaz olmaqla yanacaq çatdırır. Bu il Gürcüstana min kubmetri 63 dollardan 250 mln. kubmetr qaz çatdırılması planlaşdırılır.