...

Nazir: Xəzərsahili qaz kəmərinin çəkilməsi Transxəzər qaz kəmərinə təsir etmir

Energetika Materials 2 Avqust 2007 21:01 (UTC +04:00)
Nazir: Xəzərsahili qaz kəmərinin çəkilməsi Transxəzər qaz kəmərinə təsir etmir

Qazaxıstan, Astana/ Trend müxbir K.Konırova/ Xəzərsahili qaz kəmərinin çəkilməsi haqqında qərarın heç bir şəkildə Transxəzər qaz kəmərinin həyata keçirilməsi üzrə planlara aidiyyatı yoxdur. Bunu Qazaxıstanın energetika və mineral ehtiyatlar naziri Bəhtikoja İzmuhambetov bildirib.

"AB daima Transxəzər qaz kəmərinin tikintisinin lazılığı haqqında danışır və onlar layihəni iqtisadi cəhətdən əsaslandıracaqlar. Biz planlarımızdan bu layihəni silmirik", - deyə o bildirib.

Onun sözlərinə görə, nəzər alınsa ki, Xəzərin statusu üzrə məsələ hələ həll olunmayıb, Transxəzər qazkəməri üzrə məsələ də hələ yetişməyib.

"Ehtiyac yaranan zaman Transxəzər üzrə danışıqlar aparacağıq. Xəzərsahili qaz kəmərinin tikintisi üzrə qərara gəlkdikdə isə, bu türkmən şelfindən qazın nəqlini nəzərdə tutur", - deyə o əlavə edib.

Nazirin sözlərinə görə, "hazırda danışıqlar aparılır. Məlumdur ki bu layihədə Rusiya və Qazaxıstan var. "Kazmunayqaz" danışıqlar aparır və bizim hamı ilə razılığımız var. Biz qaz nəql edəcəyik", - deyə İzmuhambetov bildirib.

Bununla belə nazir qeyd edib ki, Xəzərsahili qaz kəməri ilə məsələ bitmir, belə ki, "Orta Asiya-Mərkəz" qaz kəməri ötürücülük qabiliyyətini 100 mlrd. kubmetrə qədər artıra bilər.

"Biz də fikirləşməliyik ki, qalan həcmi hara və necə tədarük edək. Buna görə, Qazaxıstan Türkmənistandan Çinə qaz kəmərinin tikintisini öz planlarından silməyib. Biz də həmçinin bu variantı Türkmənistan və Çinlə müzakirə etmişik", - deyə o bildirib.

Nazir xatırladıb ki, "Çin Türkmənistandan qazın Özbəkistan və Qazaxıstanın cənubundan nəql olunması marşrutunu seçib".

"Bu Qazaxıstan üçün qəbul olunan variantdır ki, çünki, bu cür halda biz Qazaxıstanın cənubunun qaz təchizatında türkmən qazından isdifadəni nəzərdən keçirə bilərik.

Biz bu barədə ilkin olaraq ÇXR-lə danışıqlar da aparmışıq və hətta qaz nəqlinin həcminin 6 mlrd. kubmetr həcmində razılaşmışıq", - deyə İzmuhambetov bildirib.

Energetika naziri Türkmənistandan qaz kəmərinin Özbəkistan və Qazaxıstanada keçməklə Çinə çəkilməsi variantınnın ölkə üçün niyə maraqlı olduğunu izah edib.

"Daha öncə, məlum olduğu kimi Qazaxıstanada qazın olduğu qərb regionlarından mavi yanacağın çatışmadığı cənub regionuna qaz kəmərinin tikintisi nəzərdə tutulurdu. Sentyabr ayının sonunda isə ölkənin qərbindən başlayaraq cənubuna qədər bütün ölkə ərazisindən keçəcək 1600 km uzunluğunda kəmərin TİƏ-si hazır olacaq", - deyə nazir söyləyib.

Xəbər lenti

Xəbər lenti