...

Avstriyanın iqtisadiyyat naziri Bakıda energetika məsələlərini müzakirə edəcək

Energetika Materials 15 Avqust 2007 17:18 (UTC +04:00)
Avstriyanın iqtisadiyyat naziri Bakıda energetika məsələlərini müzakirə edəcək

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Xəzər dənizinin enerji ehtiyatlarının Avropaya nəqli məsələsi sentyabrın 19-20-də Avstriyanın iqtisadiyyat və əmək federal naziri Martin Bartenştaynın Bakıya səfəri zamanı müzakirə ediləcək. Bu barədə çərşənbə günü Vyanadan telefonla Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov məlumat verib.

Səfərin məqsədi iki ölkə arasında energetika sahəsində əməkdaşlıq prioritetlərinin müzakirəsidir. Tərəflər həmçinin ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə edəcək və iki ölkənin uğurla əməkdaşlıq edə biləcəyi sahələri müəyyənləşdirəcəklər.

Səfir bildirib ki,nazirin səfər proqramı hələ ki, hazırlanır.

Avstriya uzunluğu 4 min km. olan Nabucco kəməri ilə qaz idxalı və yenidən ixracına ümid edən ölkələrdən biridir. Kəmər Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniyadan keçməklə Mərkəzi Asiya və Xəzər qazının Avropaya nəqlini təmin edəcək.Kəmərin 2011-ci ildə istismara vetilməsi nəzərdə tutulur. Layihə 5 mlrd. avro dəyərində qiymətləndirilir. Kəmərin hazırlanması ilə Avstriyanın OMV, Macarıstanın MOL, Türkiyənin Botas, Bolqarıstanın Bulgargaz və Rumıniyanın Transgaz şirkətləri məşğuldur.

Xəbər lenti

Xəbər lenti