...

İİR Energetika naziri: İran Azərbaycandan elektrik enrejisinin idxalanı artıracaq

Energetika Materials 21 Avqust 2007 18:19 (UTC +04:00)
İİR Energetika naziri: İran Azərbaycandan elektrik enrejisinin idxalanı artıracaq

Azərbaycan, Bakı / Trend / İranın energetika naziri Pərviz Fəttahın verdiyi məlumata görə, Azərbaycan və İran arasında iki yeni elektrik ötürücü xəttinin tikintisinin başa çatmasından sonra enerji xətlərinin ümumi sayı altıya çatacaq və nəticədə Azərbaycandan İrana ötürülən elektrik enerjisinin həcmi artacaq.

Azərbaycan İrandan elektrik enerjisini qış aylarında alır, yay aylarında isə qaytarır. Hazırda İrana olan borc 400 mln. kilovatt təşkil və Azərbaycan ilin sonuna qədər İran qarşısında olan elektrik enerjisi borclarını tamamilə ödəmək niyyətindədir.

Borcun ödənilməsi prosesi növbəti ilin əvvəlində də davam edə bilər. Borclar Naxçıvan Muxtar Respublikasının elektrik enerjisi ilə təmin olunması ilə əlaqədr meydana çıxıb. Hazırda Naxçıvan MR-ə hər ay 10-15 mln. kilovatt/saat elnektrik enerjisi ötürülür.

Razlıq əsasında Azərbaycan bir il ərzində borcu ödəyə bilmədiyi tədqirdə qalan borcu pulla ödəməlidir. Qeyd edək ki, borcun ödənilməsi 11% artıqlaması ilə həyata keçirilir və bu ötürülmə prosesində elektrik enerjisi itkisinə görə İrana kompensasiya hesab olunur.

Elektrik enerjisi əməliyyatlarının genişləndirilməsi məqsədilə İranın və Türkiyənin energetika nazirləri bu həftə İrandan Türkiyəyə elektrik enerjisinin ixracının genişləndirilməsi və dövlətlər arasında elektrik enerjisi mübadiləsinə dair razılıq imzalayıblar, xarici mətbuatın məlumatında belə deyilir.

Xəbər lenti

Xəbər lenti