Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ Xəzəryanı dövlətlərin sammitində imzalanması gözlənilən bəyannamə "Kəpəz" və "Araz-Alov-Şərq" dəniz yataqları ilə bağlı mübahisəli məsələləri həll etməyəcək. Bu fikri "Alfa Bank"ın neft-qaz sahəsi üzrə analitiki Andrey Fedorov bildirib.
"Bəyannamə əməkdaşlıq məqsədini əks etdirir, o, bu tip (mübahisəli) məsələləri (yataqla bağlı) nizamlamır. Bunun üçün növbəti mərhələ lazımdır" - deyə cümə günü Maskvadan telefonla Fedorov bildirib.
Bəyannamənin imzalanacağı Xəzəryanı ölkələrin sammiti oktyabr ayında Tehranda keçiriləcək. Sənəd artıq Xəzəryanı ölkələrin xarici işlər nazirlikləri tərəfindən hazırlanıb.
Analitikin rəyinə görə, bəyannamə - nəsə bir fikirdir, lakin mübahisəli yataqlar barədə qərar isə başqa formatda keçirilə bilər.
Azərbaycan və Turkmənistan Xəzərdəki milli sektorun bölünməsi və "Kəpəz" (türkmən variantı "Sərdar") yatağının məxsusluğu ilə bağlı razılığa gələ bilməzlər.
Sovet vaxtında yataq "Aralıq" adlanırdı, belə ki, Azərbaycan və Türkmənistanın orta xəttində yerləşirdi.
Azərbaycan və İran arasında Xəzərin statusu və "Araz-Alov-Şərq" yatağı ilə bağlı eyni mübahisəli məsələlər vardı.
"Fikir ayrılığı hələ ki, cözülməz olaraq qalacaq. Çünki regiondakı neft şirkətləri istənilən halda dövlət lobbisinə təsir edir. Mövqe dəyişmək, birinci növbədə dövlət (Xəzəryanı) başçılarının şirkətlər səviyyəsində hər hansı bir kommersiya müqaviləsi bağlaması əsasında baş verə bilər" - deyə analitik qeyd edib.
Sovet İttifaqı dağılanadək Xəzərin hüquqi statusu SSRİ ilə İran arasında 1921 və 1940-cı illərdə imzalanan sənədlərə əsaslanırdı. Perspektiv neft-qaz strukturlarının bölgüsü parametrlərinin əvvəlki hüquqi rejimdə mövcud olmaması beş sahilyanı dövlət (Azərbaycan, Rusiya, Türkmənistan, Qazaxıstan və İran) arasında konsensus əsasında Xəzərin yeni hüquqi rejiminin işlənilməsinə zərurət yaradıb
"Əgər dövlət şirkətləri neft-qaz şelfinin işlənməsi layihəsində sıx əməkqdaşlıq etsəydilər, bu mümkün olardı və məsələnin həllinə təkan verməyə xidmət edərdi. Tərəflər tezliklə razılığa gələrdilər" - deyə Fedorov əlavə edib.
Tehrandakı sammit 2002-ci ildə Aşqabadda keçirilən sammitdən sonra ikinci olacaq. Həmin vaxt prezidentlər bu tip zirvə görüşlərinin hər il keçirilməsi barədə razılığa gəlmişdilər. Belə ki, növbəti sammit hələ ki, təşkil olunmayıb. Bu vaxt ərzində İran, Azərbaycan və Türkmənistanda dövlət başçıları dəyişib.