...

Nazir müavini: Barmek Holding Azərbaycan hökumətinin iddiası üzrə beynəlxalq arbitrajın müddətini pozur

Energetika Materials 27 Avqust 2007 16:55 (UTC +04:00)
Nazir müavini: Barmek Holding Azərbaycan hökumətinin iddiası üzrə beynəlxalq arbitrajın müddətini pozur

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Barmek Holding Azərbaycandan Bakı elektrik şəbəkəsinə qoyulmuş 291 mln. dollar dəyərində investisyanın geri ödənilməsini tələb etdiyi iddia ərizəsinin son variantını arbitraja təqdim olunmasını ləngidir. Bunu bazar ertəsi iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov bildirib.

Müəyyən olunmuş cədvələ əsasən bu sənəd avqustun 20-nə qədər təqdim olunmalı idi.

"Barmek bu sənədin təqdim olunması ilə bağlı gecikməsini arbitraja müraciətində bildirib", - deyə Cabbarov söyləyib. O bu halı şərh etməkdən imtina edərək qeyd edib ki, ölkə hökuməti arbitrajın müəyyən etdiyi müddətlərə ciddi yanaşır.

Azərbaycan tərəfi bununla əlaqədar olaraq Barmek-in birtərəfli qayadada məhkəmə çəkişməsinin vaxtını dəyişdirməkdən ibarət olan rəsmi mövqeyini bildirib. İqtisadi İnkişaf nazirliyinin maraqlarını amerikan hüquq firması olan Gladham

İddia üzrə ilk dinləmə keçirilib. Prosesdə həmçinin Barmek tərəfindən Azərbaycan məhkəməsinin İqtisadi İnkişaf nazirliyinin "Bakıelektrikşəbəkə"nin idarə olunması zamanı vurulmuş zərərin ödənilməsilə bağlı iddiasını təmin etmək məqsədi ilə bank hesablarına qoyulmuş həbsin aradan qaldırılması ilə bağlı xahişinə də baxılıb. Həmçinin Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilən məhkəmə prosesində "Azərenerji" şirkəti ilə bağlı iddia ilə əlaqədar müraciətə də baxılıb.

Bu iddiaya beynəlxalq məhkəmədə baxılmasının 1 ildən çox, ola bilsin 15 ay çəkəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti