Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ Cənubi Koreya höküməti Koreya Milli neft Korparasiyasının (KNOC) Azərbaycanın "İnam" dəniz neft-qaz layihəsində 20 faiz iştirak payının alınması prosesindən razılığını bildirib.
Bu haqda danışan Bakı biznes-forumda iştirak edən Koreya ticarət, sənaye və energetika nazirinin müavini Li Jae Xun bildirib: "Ümid edirəm ki, bütün prosedurlar (iştirak payının əldə edilməsi) yaxın vaxtlarda başa çatacaq".
"Koreya Azərbaycan Hökuməti tərəfindən təklif olunan hər bir layihədə iştirak etməyi arzu edir", - deyə nazir müavini söyləyib.
Onun sözlərinə görə, Koreya azərbaycanla neft və qaz sahəsində, həmçinin qeyri-neft sektorunda əməkdaşlıq etmək istəyir.
KNOC artıq "Shell"lə "İnam" layihəsində britaniya-holland korporasiyasının 25 faiz iştirak payından 20 faizinin alınması barədə razılıq əldə edib.
Hazırda "İnam" layihəsinin operatoru 25 faiz iştirak payı ilə BP şirkəti, 50 faizlə ARDNŞ və 25 faizlə "Shell"dir. Belə olan halda, KNOC ortaya çıxmasından sonra layihədə iştirak payı növbəti şəkildə bölünəcək: BP - 25 faiz, ARDNŞ - 50 faiz, KNOC - 20 faiz, Shell - 5 faiz.
.