...

ARDNŞ Novorossiyskdən neft satışına dair tenderi qapalı elan edib

Energetika Materials 29 Avqust 2007 13:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ) sentyabrda Novorossiysk limanından öz neftinin satışına dair tenderi qapalı elan edib. Bu barədə çərşənbə günü ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən verilən məlumatda deyilir. Tenderin qalibi "Glencore" şirkəti olub. Partiyanın həcmi 605 min barelə (82 min ton) bərabər olacaq.

Partiyanın yüklənib-daşınması sentyabrın 28-29-da Novorossiysk terminalının N2 sahəsindən gerçəkləşdiriləcək.

Yanvar-iyun aylarında ARDNŞ Bakı-Novorossiysk kəməri ilə 497 min ton neft ixrac edib.

ARDNŞ-in neftini 2007-ci ildə Novorossiyskdən bu şirkətlər alıb:

Glencore Energy UK Ltd - fevral (450 min barel);

REOC Ltd - mart (450 min barel);

Glencore Energy UK Ltd - aprel (450 min barel);

Sunoil SA - may (450 min barel);

Oil Refineries LTD - iyun (1,2 mln. barel);

Oil Refineries LTD - iyul (1,2 min barel);

Glencore - avqust - (1,2 mln. barel) ;

Glencore - sentyabr - (605 min barel).

Xəbər lenti

Xəbər lenti