Bakı. Taleh Mursaqulov - Trend:
Katarina Byorlin Hansen Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Cənubi Qafqaz üzrə regional direktoru təyin olunub.
Bu barədə Trend-ə bankın yerli nümayəndəliyindən deyiblər.
Qeyd olunub ki, o, bu vəzifədə Bruno Balvaneranı əvəz edəcək. B.Balvanera öz növbəsində AYİB-in Mərkəzi Asiya üzrə idarəedici direktoru təyin olunub.
K.B.Hansen bankın Azərbaycan, Gürcüstan və Ermənistandakı fəaliyyətinə rəhbərlik edəcək və bu ölkələrin iqtisadiyyatlarının inkişafına investisiyalar, kiçik biznesə məsləhətlər və islahatlara dəstək vasitəsilə yardım edəcək.