Bakı. Nərgiz İsmayılova - Trend:
2019-cu il noyabrın sonuna Azərbaycanda əhalinin bank əmanətlərinin ümumi həcmi 8.682 milyard manat olub. Bu göstərici 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 609 milyon manat və ya 7.01 faiz çoxdur.
Trend-in Azərbaycan Mərkəzi Bankının statistik hesabatına istinadən məlumatına görə, noyabr ayının sonunda ölkədə bütün bank əmanətlərinin 9,6 faizi Azərbaycanın bölgələrinin payına düşüb.
Hesabat dövrü ərzində regionlarda əmanətlərin 81,2 faizini (702 milyon manat) milli valyutada olan əmanətlər təşkil edib.
2019-cu ilin noyabr ayının sonuna olan vəziyyətə görə, Bakıdakı əmanətlərin həcmi 7.847 milyard manat olub. Onun 3.286 milyardı milli valyutada qoyulub.
2019-cu ilin noyabr ayında ölkədə orta illik depozit əmsalı 3,7, Bakıda 3,6 faiz olub.
Azərbaycanın regionları üzrə bank əmanətləri (2019-cu il noyabr ayının sonuna):
İqtisadi rayonlar |
Əmanətlərin həcmi (min manatla) |
Orta faiz dərəcəsi (%) |
Abşeron |
254,831 |
5,6 |
Aran |
153,026 |
4,0 |
Dağlıq Şirvan |
19,784 |
4,4 |
Gəncə-Qazax |
173,542 |
5,2 |
Quba-Xaçmaz |
56,930 |
5,5 |
Lənkəran |
69,451 |
5,4 |
Şəki-Zaqatala |
53,594 |
3,7 |
Yuxarı Qarabağ |
12,079 |
3,5 |
Kəlbəcər-Laçın |
0,0 |
0,0 |
Naxçıvan |
40,790 |
2,2 |