Azərbaycanda manatın real effektiv məzənnəsi bahalaşıb

Azərbaycanda manatın real effektiv məzənnəsi bahalaşıb

Bakı. Trend:

Azərbaycan manatının ABŞ dolları qarşısında sabitiliyi fonunda əsas ticarət tərəfdaşlarımızın valyutalarının ucuzlaşması baş verir. Mart ayının ilk yarısında Azərbaycan manatı qarşısında gürcü larisi 6,5 faiz, rus rublu 9,8 faiz, türk lirəsi 1,4 faiz, Ukrayna qrivnası 5,9 faiz, Çin yuanı 0,39 faiz və qazax təngəsi 6,7 faiz dəyər itirib. Beləliklə, manatın real effektiv məzənnəsi bahalaşıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qlobal şoklara rəğmən manatın məzənnəsinin sabitliyini şərh edərkən deyib.

V.Qasımlı qeyd edib ki, real effektiv məzənnəni hesablayarkən, manatın ticarət partnyoru olan ölkələrin valyutalarına nəzərən nominal məzənnəsi və inflyasiya nəzərə alınır:

"Manatın real effektiv məzənnəsinin tarazlıq səviyyəsinə nisbətini ölçmək üçün istifadə olunan bütün metodlar - alıcılıq qabiliyyəti pariteti, makroiqtisadi balans, “Big Mak” indeksi və başqa yanaşmalar göstərir ki, manatın real effektiv məzənnəsi indiyədək onun tarazlıq nöqtəsindən aşağıda olub. Alıcılıq qabiliyyəti paritetinə əsasən hesablanan məzənnə, ABŞ dollarının ABŞ-da alacağı miqdarda məhsulu digər ölkənin bazarında almaq üçün tələb olunan yerli valyuta dəyəridir. Başqa sözlə, ABŞ-da 1 dollara alınan məhsulu yerli bazarda almaq üçün tələb olunan ödənişdir. Azərbaycan üçün bu rəqəm Dünya Bankının 2018-ci il üçün təqdim etdiyi statistika məlumatlarına əsasən 0,25 ABŞ dollarıdır. Yəni, ABŞ-da 1 dollara alına biləcək məhsulu Azərbaycanda 0,25 ABŞ dollarına almaq mümkündür. Ölkələr üzrə müqayisəli təhlil aparmaq üçün hər bir göstəricini alıcılıq qabiliyyəti paritetinə əsasən “beynəlxalq dollar” göstəricisi ilə ifadə etdikdən sonra real fərqləri görmək mümkündür. Dünya Bankının hesablamalarına görə, 2018-ci ildə Azərbaycanda 1 “beynəlxalq dollar” 0,25 ABŞ dolları, Belarusda 0,25 ABŞ dolları, Qırğızstan, Gürcüstan və Ukraynada 0,29 ABŞ dolları, Qazaxıstanda 0,31 ABŞ dolları və Rusiyada 0,39 ABŞ dolları səviyyəsində qiymətləndirilib. Bu ölkələrdə son qlobal şokların təsiri altında baş verən devalvasiyalar manatın real effektiv məzənnəsini gücləndirib.

Əgər 2000-ci ildə manatın real effektiv məzənnəsini bençmark olaraq 100 qəbul etsək, onda 2020-ci ilin əvvəlində bu göstərici 93,3 səviyyəsində olub. Başqa sözlə, manatın real effektiv məzənnəsi bu ilin əvvəlində tarazlıq nöqtəsindən aşağıda qərarlaşıb. Lakin ticarət tərəfdaşlarımızın valyutalarının son günlərdəki devalvasiyaları fonunda manatın ABŞ dolları qarşısında sabitliyi, manatın real effektiv məzənnəsini tarazlıq nöqtəsinə doğru bahalaşdırır".

Mərkəz rəhbəri vurğulayıb ki, manatın real effektiv məzənnəsinin bahalaşması Azərbaycanın MDB-də məkanında minimum pensiya, orta pensiya, minimum maaş və orta maaş göstəriciləri üzrə öncül mövqelərini daha da möhkəmləndirir. Digər tərəfdən, manatın real effektiv məzənnəsinin bahalaşmasının iqtisadiyyatın rəqabətqabiliyyətinə təsirini tənzimləmək üçün institusional islahatların davam etdirilməsi, rəqabət mühitinin daha da yaxşılaşdırılması, insan kapitalının inkişafı və bazarlara çıxış istiqamətində fəaliyyətlər davam etdirilməlidir.

Şəkidə yeni dağ gəzinti marşrutları istifadəyə verilib (FOTO)
Şəkidə yeni dağ gəzinti marşrutları istifadəyə verilib (FOTO)
Bayram günlərində hotellərdə monitorinqlər gücləndiriləcək
Bayram günlərində hotellərdə monitorinqlər gücləndiriləcək
Parlament turizmlə bağlı yeni cərimələri son oxunuşda təsdiqləyib
Parlament turizmlə bağlı yeni cərimələri son oxunuşda təsdiqləyib
Loading Bars
Xəbər lenti
İranda ötən sutka ərzində 19 nəfər koronavirusdan ölüb
Kaspersky 2021-ci ildə ABŞ-da patent alan rus şirkətləri arasında lider elan edilib
2021-ci ildə 1348 nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib
Mənzil İnşaatı Dövlət Agentliyində 20 Yanvar şəhidlərinin xatirəsi anıldı
ANAMA Goranboydakı mina hadisəsi ilə bağlı məlumat yayıb
Gəncədə oğurluq edən və silah saxlayan şəxslər saxlanılıb (FOTO)
Ötən il 3206 hərbi qulluqçu və şəhid ailəsi üzvünə psixoloji yardım göstərilib
Azərbaycan hərbçiləri Türkiyədə təlimə qatılıblar (FOTO)
Azad edilmiş torpaqlara səfər edən şəxslər postlarda yenidən yoxlanacaq - Elşad Hacıyev
Həmkəndlilərinin evindən oğurluqlar edən şəxs saxlanılıb
Buraxılış imtahanlarının proqramları açıqlanıb
Mingəçevir Dövlət Universitetində ADA Universitetinin məlumatlandırma görüşü keçirilib (FOTO)
Hacı Zeynalabdin Tağıyev Azərbaycan tarixində zəngin adam kimi yox, məhz xeyriyyəçi kimi qalmışdır - Tamam Cəfərova
Vətəndaşlar ildə bir dəfə həm Şuşaya, həm də Ağdama gedə biləcəklər - RƏSMİ
İranda qar və daşqına görə 700 kənd yolu bağlanıb
Azərbaycan məhsulları beynəlxalq sərgilərdə nümayiş olunacaq
İran xaricdən gətirilən koronavirus vaksinlərinin sayını açıqlayıb
İlahiyyat İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (FOTO)
Sabah güclü külək, yağıntılı və soyuq hava şəraiti gözlənilir
Narkokuryerlik edən daha 8 nəfər saxlanılıb (FOTO/VİDEO)
Qazaxıstanda yeni müdafiə naziri təyin olunub
Azərbaycan 20-dən çox məhbusu İrana qaytarıb
Anasını balta ilə qətlə yetirən şəxs axtarılır
20 Yanvar şəhidi ailələri və əlillərinə 135 mənzil, 100-dək avtomobil verilib
XİN 20 Yanvar faciəsi ilə əlaqədar bəyanat yayıb
Abdin Fərzəliyev Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib
İradə Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
"Azərişıq" kommunikasiya strategiyası hazırlayıb
Monteneqro parlamentinin sədri Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub
Energetika Nazirliyində 20 Yanvar faciəsinin 32-ci ildönümü anılıb
Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri 5 milyard dollara yaxın svop müqaviləsi imzalayıb
Rusiyada koronavirusa yoluxanların sayı kəskin artıb
Azad edilən ərazilərdə sahibkarlıq obyektləri ilə bağlı 40-a yaxın müraciət daxil olub - Azərişıq
Azad olunmuş torpaqlara səfər zamanı avtobuslarda bələdçilər olacaq - RƏSMİ
Teymur Musayev səhiyyə naziri təyin olundu - SƏRƏNCAM
Metronun "20 Yanvar" stansiyasında şəhidlərin xatirəsi yad ediləcək
Hava şəraiti ilə bağlı avtomobil yollarının vəziyyəti açıqlanıb
Pulları birlikdə yaşadığım polisə verirdim - Külli miqdarda dələduzluqda təqsirləndirilən qadın
AMEA prezidentinin və vitse-prezidentinin maaşları artırılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni səlahiyyət verilib
“Qırmızı kitab”a düşmüş quşları ovlayanlar saxlanılıb
Ombudsman beynəlxalq qurumları 20 Yanvar hadisələrini törədən şəxsləri mühakiməyə cəlb etməyə çağırıb
Azad olunmuş ərazilərə yeni marşrutlarla neçə nəfərin səfər etməsi nəzərdə tutulub? - AÇIQLAMA
Bir sıra təşkilatlarda çalışan işçilərin maaşları artırıldı
Tağıyevin heykəlinə zərər vuran şəxslərə cinayət işi açılıb (FOTO)
Narkotik və silah-sursatla saxlanılan şəxsin daha bir cinayətinin üstü açılıb (FOTO)
DİN metroda xoşagəlməz hərəkətlər edən gənclərlə bağlı araşdırma aparır (VİDEO)
Lənkəranda mal-qara oğrusu saxlanılıb
Türkiyə ilə Ermənistan arasında aviareyslərin vaxtı və sayı açıqlanıb
Bu ərazilərə qar yağıb
Birbank yenidən ən çox istifadə olunan və bəyənilən rəqəmsal platforma oldu
Sökülməsi nəzərdə tutulan binalarda mənzillər niyə ucuzlaşmır?
ANAMA yeni əməliyyat qrupları formalaşdırır - Sədr müavini
Azərbaycanda ÜDM-in nominal həcmi 93 milyard manata çatıb - Mikayıl Cabbarov
Ərdoğan Ukraynaya səfərə hazırlaşır
Qəzetlər və onlayn media üçün müsabiqənin nəticələri açıqlanıb
Qubadlıda əlahiddə sərhəd diviziyasının qərargah bina­sı istifadəyə verilib (FOTO)
Ötən gün təhlükədə qalan 5 uşaq xilas edilib
DİN 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar vətəndaşlara müraciət etdi
Yüksəkgərginlikli işıq xətləri yeraltı kabellərə keçirilir (FOTO/VİDEO)
Türkiyədə “Azərbaycan düşüncə tarixi” kitabı nəşr olunub
20 Yanvar faciəsi insanlığa qarşı törədilən bir cinayətdir - Deputat
Azərbaycan neftinin qiyməti 90 dolları ötüb
İtaliya TAP sayəsində qaz ixracatçısına çevrilir
Bakıda ağır qəza: 3 nəfər öldü (FOTO)
Xətai rayonunda yaşıllıq ərazi məhv edilərək tikinti aparılır? - AÇIQLAMA
Bakıda yas mərasimi keçirən restoran icarədarı və mərasim təşkilatçısı həbs edildi (FOTO/VİDEO)
Azərbaycan xalqı 20 Yanvar faciəsini heç zaman unutmayacaq - Kamaləddin Qafarov
Narkotikə görə saxlanılan şəxsin evində axtarışda olan qadın da aşkarlanıb (FOTO)
Xarici valyutaların manata qarşı məzənnələri
“Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib (FOTO)
Bu marşrutların hərəkət sxemi dəyişdiriləcək
Ötən gün daha 3 koronavirus xəstəsi küçədə aşkarlanıb
Sabah Bakıda bu yollarda hərəkət məhdudlaşdırılacaq
COVID-19-a yoluxma sayının artması kütləvi immunitet yarada bilər?
Zaqatalada narkotik istifadə edən taksi sürücüsü və sərnişin saxlanılıb (FOTO)
Almatı hava limanı normal iş rejiminə qayıdıb
Hacı Zeynalabdin Tağıyevin heykəlini zədələyənlər saxlanıldı (FOTO)
DİN Hacı Zeynalabdin Tağıyevin abidəsinin zədələnməsi faktını araşdırır (FOTO)
İspaniyada qocalar evində yanğın nəticəsində ölən və yaralananlar var
Yeni iPhone SE-nin texniki xüsusiyyətləri açıqlanıb
ABŞ Şimali Koreyanın raket buraxılışı ilə bağlı BMT TŞ-nin iclasını çağırıb
Tonqada vulkan püskürməsinin təhlükəli nəticələri açıqlanıb
Venesuelalı miqrant qız Meksika ilə ABŞ sərhəddində çayı keçərkən ölüb
Braziliya koronavirusa sutkaliq yoluxanların sayına görə antirekordu yeniləyib
Biz Rusiya ilə müzakirələri davam etməyə hazırıq - Ceyk Sallivan
Pakistanda partlayış nəticəsində qatar relsdən çıxıb, yaralılar var
Somalinin paytaxtında terrorçu-kamikadzenin hücumu nəticəsində azı 6 nəfər ölüb
Paraqvayın prezidenti koronavirusa yoluxub
Türkiyədə neft boru kəmərində partlayış baş verib
Avropada COVID-19 peyvəndinin dördüncü dozası immuniteti zəif insanlar üçün tövsiyə edilib
Fransada sutka ərzində koronavirusa yoluxanların sayında antirekord yenilənib
Nyu-Yorkda binada partlayış nəticəsində 1 nəfə ölüb, 9 nəfər yaralanıb
ÜST rəhbəri koronavirusun yeni ştammlarının yaranma ehtimalını mümkün sayır
İsrail prezidenti Hersoq Türkiyəyə gələ bilər - Ərdoğan
ABŞ Şimali Koreyaya təzyiqi artırmaq niyyətindədir
MDU-da “20 Yanvar: Milli tariximizi azadlıq yoluna çıxaran dönüş nöqtəsi” mövzusunda seminar keçirilib (FOTO)
Azərbaycan XİN fransalı nazirin Milli Assambleyadakı çıxışına cavab verib
Azərbaycanın Fransadakı səfirliyi bu ölkənin prezidentliyə namizədinin iddialarına cavab verib
Goranboy sakininin minaya düşməsi ilə bağlı araşdırma aparılır - Prokurorluq
Bütün xəbərlər