Bakı. Eldar Canaşvili - Trend:
2020-ci il fevral ayının sonuna Azərbaycanın bölgələrində sakinlərin bank əmanətlərinin həcmi 898,7 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 215.9 milyon manat və ya 31.6 faiz çoxdur.
Trend Azərbaycan Mərkəzi Bankının statistik hesabatına istinadən xəbər verir ki, 2020-ci ilin fevral ayının sonunda ölkədə bütün bank əmanətlərinin 10,34 faizi Azərbaycanın bölgələrinə düşüb.
Hesabat dövründə ölkənin bölgələrindəki bütün əmanətlərin 84,6 faizi (760,6 milyon manat) milli valyutada əmanətlərin payına düşüb. Fevral ayının sonuna olan məlumata görə, Bakıdakı ümumi əmanətlər 7,8 milyard manat təşkil edib ki, bunun da 3,36 milyardı milli valyutadadır.
2019-cu ilin dekabr ayı üçün ölkədə orta illik əmanət dərəcəsi 3,7 faiz, Bakıda 3,6 faiz təşkil edib.
Azərbaycanın bölgələri üzrə bank əmanətlərinin bölgüsü (1 mart 2020-ci il tarixinə):
Kreditin həcmi (min manatla) |
Orta faiz dərəcəsi (%) |
Ümumi kreditlərin payı |
|
Azərbaycan |
8 694 411 |
3,66 |
100,00 |
Bakı |
7 795 739 |
3,56 |
89,66 |
İqtisadi rayonlar |
898 672 |
3,61 |
10,34 |
Abşeron |
256 303 |
5,65 |
2,95 |
Aran |
166 626 |
3,56 |
1,92 |
Dağlıq Şirvan |
25 225 |
3,61 |
0,29 |
Gəncə-Qazax |
185 817 |
4,95 |
2,14 |
Quba-Xaçmaz |
67 236 |
4,96 |
0,77 |
Lənkəran |
70 074 |
5,42 |
0,81 |
Şəki-Zaqatala |
59 125 |
3,40 |
0,68 |
Yuxarı Qarabağ |
17 896 |
2,26 |
0,21 |
Kəlbəcər-Laçın |
0 |
0,00 |
0,00 |
Naxçıvan |
50 370 |
1,73 |
0,58 |