Bakı. Fidan Babayeva, tərcümə Orxan Nəbiyev - Trend:
2020-ci ilin yanvar-oktyabr aylarında Bakı şəhərində orta aylıq əməkhaqqı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz artaraq 926,7 manat təşkil edib.
Trend bu barədə Bakı Şəhər Statistika İdarəsinin hesabatına istinadən məlumat verir.
Qeyd edək ki, 2020-ci ilin yanvar-avqust aylarında Bakıda orta aylıq əməkhaqqı 938,4 manat təşkil etmişdi.