...

AİB Azərbaycanda innovativ pilot layihə tətbiq edir

Maliyyə Materials 22 Aprel 2021 14:25 (UTC +04:00)
AİB Azərbaycanda innovativ pilot layihə tətbiq edir

Bakı. Zeyni Cəfərov - Trend:

Şri-Lankanın "Tracified" blokçeyn startapı Asiya İnkişaf Bankının (AİB) Azərbaycanda qida məhsullarının izlənməsi sisteminin tətbiqi ilə bağlı beynəlxalq tenderin qalibi olub.

Trend-in məlumatına görə, bunu startapın həmtəsisçisi Dilela Cayatillake deyib.

Onun sözlərinə görə, "Asiya və Sakit okean regionu üçün rəqəmsal inkişaf fondu - Azərbaycanda qida məhsullarının izlənməsi sistemi" pilot layihəsi uğurla reallaşdırılacağı təqdirdə qonşu ölkələrdə tətbiq oluna bilər.

Layihəyə rəhbərliyi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək, "Tracified" isə blokçeyn vasitəsilə izləmə sisteminin tətbiqi və sazlanması ilə, eləcə də məşğələlərin keçirilməsi ilə məşğul olacaq.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti