...

Qadın sahibkarlara 1,7 milyon manat kredit verilib

Maliyyə Materials 30 İyun 2021 12:54 (UTC +04:00)
Qadın sahibkarlara 1,7 milyon manat kredit verilib

Bakı. Fidan Babayeva - Trend:

2021-ci ilin birinci ayı ərzində 143 qadın sahibkar Aqrar Kredit və İnkişaf Agentliyinin ayırdığı 1,7 milyon manat məbləğində kreditdən və analoji məbləğdə güzəştlərdən yararlanıb.

Trend-in məlumatına görə, bunu Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Məmmədova "Qadınların milli biznes gündəliyi və koalisiyaların yaradılması" tədbiri zamanı deyib.

O bildirib ki, bu maliyyə alətləri vasitəsilə qadın sahibkarlar qısa və uzunmüddətli perspektivdə öz bizneslərini genişləndirə biləcək və bu məşğulluq probleminin həllinə müsbət təsir göstərəcək, eləcə də kənd təsərrüfatı sektorunda fəallığın artmasına gətirib çıxaracaq.

L.Məmmədova qeyd edib ki, 2020-ci ildə pandemiyaya baxmayaraq Aqrar Kredit və İnkişaf Agentliyi 448 qadın sahibkara 4,4 milyon manat kredit və 2,3 milyon manat güzəşt təqdim etmişdi.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti