...

Azərbaycanda xarici vətəndaşların bank kartları ilə əməliyyatlarının həcmi kəskin artıb

Maliyyə Materials 30 Sentyabr 2021 12:54 (UTC +04:00)
Azərbaycanda xarici vətəndaşların bank kartları ilə əməliyyatlarının həcmi kəskin artıb

Bakı. Zeyni Cəfərov - Trend:

2021-ci ilin avqust ayında Azərbaycanda xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi 104,2 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə çoxdur.

Trend bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"na istinadən məlumat verir.

2021-ci ilin yanvar-avqust aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 712,2 milyon manatlıq əməliyyat aparıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

Qeyd edək ki, 2020-ci il ərzində xarici vətəndaşlar Azərbaycanda bank kartları vasitəsi ilə 430,2 milyon manatlıq əməliyyat aparmışdılar.

Twitter: @jafarov_zeyni

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti