Bakı. Trend:
Visa, qlobal ödəniş texnologiyaları şirkəti, Azərbaycan bankları ilə tərəfdaşlıq sayəsində Kapital Bank, Azərbaycan Beynəlxalq Bankı, Bank Respublika və Unibank müştərilərinə Apple Pay texnologiyasını təqdim etməklə ödəmələri daha təhlükəsiz, əminli və məxfi şəkildə etmək imkanı qazandırır. Apple Pay istifadəçiləri ödəniş kartını başqasına ötürmədən, ödəniş terminalının düymələrinə toxunmadan və nağd pulu əldən ələ ötürmədən ödəniş etmək imkanını qazanırlar. Hər bir əməliyyatın təhlükəsizliyi iPhone-nun innovativ texnologiyaları ilə təmin olunur.
Ödənişi həyata keçirmək üçün müştəri sadəcə iPhone telefonunu və ya Apple Watch saatını ödəniş terminalına yaxınlaşdırmalıdır. Apple Pay vasitəsilə həyata keçirilən hər bir əməliyyat etibarlı qorunur, çünki istifadəçi onu Face ID, Touch ID və ya cihazın parolu ilə təsdiq etməlidir və, bundan əlavə, bütün əməliyyatlarda unikal birdəfəlik dinamik təhlükəsizlik kodu istifadə olunur. Apple Pay ilə siz market, aptek, taksi, restoran, kafe, pərakəndə satış mağazaları və bir çox digər yerlərdə ödəmələr edə bilərsiniz.
Bundan əlavə, müştərilər Apple Pay vasitəsilə iPhone, iPad və Mac cihazlarına yüklənmiş tətbiqlərdə və ya Safari internet brouzerlərində açılmış saytlarda rahat və sürətli alışveriş edə bilərlər – artıq qeydiyyatdan keçməyə və qəliz formaları doldurmağa lüzum qalmır. Apple Pay ilə yemək və ərzaq çatdırılmasını, onlayn alışverişi, biletləri eldə etmək və digər ödənişləri etmək çox rahatdır. Apple Pay həmçinin Apple Watch tətbiqlərindəki ödəmələr etmək üçün istifadə oluna bilər.
Təhlükəsizlik və məxfilik Apple Pay-in əsasında durur. Siz kredit və ya debit kartınızı Apple Pay-ə əlavə etdikdə kart nömrələri nə cihazınızda, nə də Apple serverlərində saxlanılmır. Əvəzində ona unikal cihaz qeydiyyat nömrəsi verilir, sonra o şifrələnir və cihazınızın yüksək sənaye standartlarına cavab verən sertifikasiya edilmiş “Təhlükəsiz element” çipində əminliklə saxlanılır.
Apple Pay-i sazlamaq çox asandır. Sadəcə iPhone-da Wallet (“pul kisəsi”) tətbiqinə daxil olub, + (“üstəgəl”) işarəsini basıb oradakı təlimatlara əsasən Visa-nın tərəfdaş bankları olan Kapital Bank, Azərbaycan Beynəlxalq Bankı, Bank Respublika və Unibank tərəfindən buraxılmış kredit və ya debit kartını əlavə etmək kifayətdir. Kart iPhone, Apple Watch, iPad və ya Mac cihazına əlavə olunan andan müştəri həmin cihazda Apple Pay-dən istifadə edə bilər. Müştərilər həmçinin Azərbaycan banklarının öz Visa kart sahiblərinə verdiyi bonus və endirimlərdən yararlanmağa davam edəcəklər.
“Visa Token Service 2019 ildə təqdim edəndən bəri Visa, Azərbaycanda mobil ödəmələrin təməlini qoyub onların nəhəng artımına təkan verdiyi üçün qürur duyur. Apple Pay-in Azərbaycana bugünkü gəlişi bu davamlı yolda növbəti önəmli mərhələdir: sadəcə son bir il ərzində tokenli əməliyyatların həcmi min faizdən çox artdığını müşahidə edirik, bu da müştərilərin getdikcə daha təhlükəsiz, əminli və məxfi ödəmə vasitələrinə üstünlük verdiklərinə dəlalət edir,” – Visa-nın Mərkəzi Asiya və Azərbaycan üzrə vitse-prezidenti və regional meneceri Kristina Doroş qeyd etdi.
Apple Pay barədə daha ətraflı məlumat üçün: http://www.apple.com/az/apple-pay/
Visa barədə daha ətraflı məlumat üçün: https://www.visa.com.az/
Visa korporasiyası haqqında məlumat
Visa rəqəmsal ödənişlərdə dünya lideridir. Missiyamız ən innovativ, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə istehlakçılar, biznes və iqtisadiyyat üçün davamlı inkişaf imkanları təmin etməkdir. Bizim ən qabaqcıl qlobal texnoloji şəbəkəmiz olan VisaNet bütün dünyada ödənişlərin etibarlı və təhlükəsiz şəkildə həyata keçirilməsinə imkan verir, və saniyədə 65 000-dən çox əməliyyat emal etmək iqtidarındadır. Visa şirkətinin innovasiyalara davamlı fokusu “connected commerce”, yəni bağlantılı ticarətin sürətli artımı üçün katalizator rolunu oynayır: şəbəkəyə qoşulmuş istənilən bir cihaz ödəniş həyata keçirə bilərsə, bu hamı üçün və hər yerdə nağdsız gələcəyi yaxınlaşdırır. Analoq texnologiyalarından rəqəmsal sistemlərə keçid baş verdikcə, Visa öz brendi, məhsulları, mütəxəssisləri, şəbəkəsi və miqyasından istifadə edərək ticarətin transformasiyasına nail olur. Əlavə məlumat üçün: usa.visa.com/about-visa, www.visa.com.az, https://www.facebook.com/visaazerbaijan.
Yalnız KİV sorğuları üçün əlaqə:
Anna Serdyuk
Korporativ əlaqələr üzrə direktor,
Visa MDB CŞA
Tel.: +38 044 22 00 300