...

“Ani Pay” ilə ödə və qazan!

Maliyyə Materials 11 Noyabr 2021 13:13 (UTC +04:00)
“Ani Pay” ilə ödə və qazan!

Bakı. Trend:

Ötən il bank müştərilərinin istifadəsinə verilmiş Ani Ödəniş Sisteminə marağın artırılması, eləcə də ölkəmizdə nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə Mərkəzi Bank yeni lotereyaya start verib.

"AniPay ilə ödə və qazan" devizi ilə keçirilən lotereyada bu ödəniş sisteminin hər bir istifadəçisi, o cümlədən ABB-nin müştəriləri iştirak edə bilər. Belə ki, noyabr ayı ərzində Ani Ödəniş Sistemi vasitəsilə minimum 5 manat məbləğində köçürmə əməliyyatı aparmış hər bir şəxs avtomatik şəkildə lotereyada iştirak hüququ qazanır. Lotereya yalnız fiziki şəxslər arasında aparılan əməliyyatlara aiddir.

Ölkə üzrə lotereyanın 400 nəfər qalibi olacaq. Onların hər birinin bank hesabına 100 manat məbləğində vəsait köçürüləcək. Lotereya Ani Ödəniş Sisteminin "AniPay" tətbiqində, bankların sistemə inteqrasiya olunmuş internet və mobil bankçılıq xidmətlərinin “AniPay” bölməsində, eyni zamanda filiallarda Ani Ödəniş Sistemi vasitəsilə həyata keçirilən bütün əməliyyatlara şamil olunur.

Qeyd edək ki, “Ani Pay” sistemi müştərilərin bank xidmətlərindən məsafədən və sürətli istifadə imkanlarını genişləndirir. Belə ki, Ani Ödəniş Sistemi fiziki və hüquqi şəxslərə ödəniş əməliyyatlarının 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN kod, VÖEN, mobil nömrə, e-mail) aparılmasına və pulun dərhal vəsait alanın bank hesabına daxil olmasına imkan yaradır. ABB bu sistemə qoşulan ilk banklardan olub.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti