...

Bu həftə Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar əlavələrlə birgə ödəniləcək

Maliyyə Materials 6 Aprel 2022 10:02 (UTC +04:00)
Bu həftə Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar əlavələrlə birgə ödəniləcək

Bakı. Trend:

Aprelin 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.

Dövlət Sosial Müdafiə Fondundan Trend-ə verilən məlumata görə, 2022-ci il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın növbəti rüb üzrə ödəniləcək 50 manatı da aprel ayınının pensiyasının üzərinə əlavə olunacaq.

Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti